...

Azərbaycanın Hesablama palatası bir sıra ölkələrlə əməkdaşlığa dair saziş imzalamaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2005 14:43 (UTC +04:00)

Azərbaycanın Hesablama palatası (HP) bir sıra ölkələrlə əməkdaşlığa dair iktərəfli sazişlər imzalamaqda maraqlıdır. HP-də Trend ə bildirilib ki, İsrail, Qazaxıstan, Baltik ölkələri, Ukrayna, Polşa və Banqladeş ilə belə sazişlərin imzalanması nəzərdə tutulur.

HP-də həm də qeyd olunub ki, perspektivdə Xəzər dənizinin təbii ehtiyatları ilə bağlı olaraq Rusiya, Qazaxıstan, İran ilə birgə auditor tədbirlərinin keçirilməsi də mümkün ola bilər.

"Hazırda quruma sazişlərin imzalanması vasitəsilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı çoxlu təkliflər daxil olur.Gündəmdə analoji sənədin Ukrayna ilə imzalanması durur. Bu, həmin ölkənin HP sədri Valentin Semyonenkonun başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı planlaşdırılır" -deyə Palatada bildirilib. Nümayəndə heyətinin səfəri dekabrın birinci yarısında gözlənilir.

İndiyədək HP Rusiya Federasiyası, İran, Türkiyə, Gürcüstan, Pakistan, Böyük Britaniya və digər ölkələrlə əməkdaşlığa dair saziş imzalayıb.

Xəbər lenti

Xəbər lenti