...

Azəriqazbank ilin sonuna kimi Avropa Yenidənqurma və İnkişaf Bankının kreditindən maliyyələşməyə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2005 14:55 (UTC +04:00)

İlin sonuna kimi səhmdar -investisiya bankı Azəriqazbank Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) kredit xəttini mənimsəməyə başlamaq niyyətindədir. Bu barədə Trend ə bankın İdarə Heyətinin sədri Azər Mövsümov məlumat verib. AYİB-in Direktorlar Şurası Azərbğaycan bankına kiçik və orta müəssisələri maliyyələşdirmək məqsədilə $1,5 miln kredit ayrılmasını təsdiqləyib. Kredit 3 il müddətinə verilib.

A.Mövsümovun sözlərinə görə, maliyyələşdirilməsi bu vəsaitin hesabına həyata keçirilməsi nəzərdə tutulan artıq 2-3 layihə baxış prosesindədir və paralel olaraq Avropa Bankının məsləhətçiləri ilə iş aparılır.

Azəriqazbankın AYİB tərəfindən maliyyələşdirilməsinin ümumi həcmi bu gün $5,5 milyona çatır. Avropa Bankı ilk dəfə Azəriqazbanka 2004-cü ildə kredit xətti açıb. O zaman kiçik və orta sahibkarlığın inkişafına $2 miln, ticarət maliyyələşməsinə isə $1 miln kredit ayrılmışdı.

AYİB-dən kredit alan bankların dairəsi tədricən genişlənir. AYİB-in maliyyə institutları üzrə biznes qrupun direktoru Kurt Qeyger (Kurt Geyger) hesab edir ki, kiçik və orta müəssisələr iqtisadi inkişafın əsasını təşkil edir və bank iqtisadiyyatın bu sektorunu gücləndirməyə çalışan bankları dəstəkləməyə hazırdır.

Azərbaycanın bank sektornuda güclü rəqabətin olmaması və ciddi kapital çatışmamazlığı kimi məsələlər Azərbaycan iqtisadiyyatında uzunmüddətli ciddi problemlər yarada bilər. Bundan çıxış edən AYİB ölkədəki özəl banklarla fəal əməkdaşlıq edərək rəqabəti gücləndirməyə və sektorun likvidliyini artırmağa çalışır. AYİB bir qayda olaraq Azərbaycana 574 miln avro investisiya qoyub.

Xəbər lenti

Xəbər lenti