...

Azərbaycanın Beynəlxalq Əmək Təşkilatına ödəyəcəyi borcların vaxtı uzadılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2005 11:42 (UTC +04:00)

Azərbaycanın Maliyyə Nazirliyi beynəlxalq təşkilata üzvlük haqqları üzrə köhnə borcların ödənilməsi qrafikinin müəyyənləşdirilməsi işlərini davam etdirir. Maliyyə Nazirliyindən Trend ə verilən məlumata görə, Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə növbəti razılıq əldə olunub. Qrafikə görə, BƏT-na borcun ödənilməsi 20 il müddətinə uzadılıb və bu borclar 2025-ci ilə qədər qaytarılmalıdır.

Bu təşkilat qarşısında borclar illərlə, yəni təşkilata üzv olunduğu andan, 1992-ci ildən yığılmağa başlanılıb. Büdcə məxariclərindən istifadə ilə bağlı problemlər dövlət büdcəsindəki defisitlə bağlı idi və o zaman ləngidilməsi qeyri-mümkün olan maddələr maliyyələşdirilirdi. Hazırda büdcə gəlirlərinin artması cari öhdəlikləri nəinki vaxtında yerinə yetirməyə və həm də köhnə borcları qaytarmağa imkan verir. Ölkə köhnə borcları 2- 3 il əvvəl ödəməyə başlayıb. BƏT-nın borclarının ödənilməsi ilə bağlı vəziyyət belədir: əvvəlcə köhnə borcların illik ödənməsi 35 min İsveçrə frankı səviyyəsində ödənilirdisə, lakin indi o, 250 min 250 minə qədər artıb. Bu təşkilata illik üzvlük haqqının məbləği 18 min İsveçrə frankı təşkil edir.

Xəbər lenti

Xəbər lenti