...

KFW Azərdəmiryolbanka pərakəndə xidmətin inkişafı üçün texniki yardım göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2005 12:01 (UTC +04:00)

Almaniyanın rekonstruksiya bankı KFW səhmdar-kommersiya Azərdəmiryolbankını "Azərbaycan və Gürcüstan əhalisinə və kiçik və orta sahibkarlıq sahəsində xidmət göstərən bankların inkişafına Qafqaz təşəbbüsü" layihəsinin 5-ci tərəfdaşı kimi daxil edib. Azərbaycan bankına pərakəndə biznesin inkişafı üzrə yardım göstərmək üçün KFW $ 200 min texniki yardım ayırıb. Bu barədə Trend ə bankın İdarə Heyətinin sədri Roman Əmircanov məlumat verib. Layihşənin reallaşdırılmasının birinci mərhələsində 4 tərəfdaş-bank (Parabank, UniBank, Bank of Baku və "Respublika" bankı) iştirak edir.

Bu layihənin reallaşdırılma müddəti 2006-cı ilin sonlarınadək uzadılıb. 2005-ci ilin aperlindən layihəni KFW özünün xüsusi fondundan maliyyələşdirir və qrant qismində iki ölkəyə 1600 min avro ayrılıb. İndiyə kimi onun maliyyələşdirilməsi Almanyianın Texnik Yardım Cəmiyyətinin (GTZ) vəsaiti hesabına həyata keçirilirdi. Layihənin ilkin dəyəri 847 min avro təşkil edirdisə, sonralar GTZ-nin xətti ilə 1 miln 270 min avro vəsait ayrıldı.

Tərəfdaş ğanklarla iş birinci mərhələdə beş modul əsasında həyata keçirilib. Bu xidmət keyfiyyətinin yüksəldilməsi, yeni bank məhsullarının tətbiqi (pərakəndə xidmətin inkişafı vasitəsilə), Azərbaycan və Gürcüstan bankları arasında əməkdaşlığın inkişafı və bankların gəlirliyinin artırılması.

İndi artıq pərakəndə xidmətin inkişafı sahəsində, eləcə də ölkənin bank sektorunun böyük tələbatı olduğu istiqamətlərdə daha dərindən işlər aparılır. Buraya artıq hüquqi bazasının yaradıldığı ipoteka kreditləri də daxildir. Bankların böyük sürətlə inkişaf etməsilə əlaqədar, əsas diqqət banklar daxili inkişafına, bank əməkdaşlarının kəmiyyət və keyfiyyət hazırlığına ayrılır",- deyə Trend ə layihənin meneceri olan Almaniyanın Beynəlxalq əməkdaşlıq üzrə əmanət kassaları fondundan bildirilib.

Xəbər lenti

Xəbər lenti