...

Bakıda 3 günlük "Turk Inshaat" sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2005 13:51 (UTC +04:00)

Noyabrın 29-da Bakıdakı Heydər Əliyev adına idman konsert kompleksində Türkiyədə istehsal olunan inşaat və tikinti materiallarının 3 günlük "Turk Inshaat-2005" sərgisi açılacaq. Trend in məlumatına görə, bu barədə sərginin təşkilatçısı olan Türkiyənin Expotim şirkətinin, Azərbaycanın Ticarət-Sənaye Palatasının və Türkiyəmizin ölkəmizdəki səfirliyinin nümayəndələrinin iştirakı ilə keçirəçln mətbuat konfransında bəyan edilib.

Expotim şirkətinin İdarə Heyətinin üzvü Bülənt Erten qeyd edib ki, sərgidə Türkiyənin 75 şirkəti iştirak edəcək ki, onlardan 70-i Azərbaycanda ilk dəfədir ki təmsil olunurlar. Sərgidə eləcə də, tikinti materialları, müasir qapı və pencərələr, mərmər, tikinti qurğuları və cihazları nümayiş olunacaq.

" Azərbaycanda tikinti sektoru böyük sürətlə inkişaf edir. Biz hesab edirik ki, Azərbaycan bazarı bizim üçün sərfəlidir. Əgər tələbat olarsa, biz təkcə mallarımızı satmaqla deyil, həm də onları azərbaycanlı həmkarlarımızla birgə istehsal etmək niyyətindəyik", - deyə o bildirib.

B.Erten həmçinin bildirib ki, Türkiyə sahibkarlarının məhsullarının keyfiyyəti Avropa standartlarına uyğun gəlir və Avropa bazarlarının ixrac olunur.

Xəbər lenti

Xəbər lenti