...

KFW bankının regional direktoru Azərbaycana gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2005 17:19 (UTC +04:00)

Almaniyanın KfW inkişaf bankının regional direktoru Kristian Kalov (C.Kalov) bu gün Azərbaycana gəlir. KfW-nin Bakı nümayəndəliyində Trend ə bildirilib ki, K.Kalovun səfəri dekabrın 2-dək davam edəcək.

"Səfərin əsas məqsədi Gəncə və Şəki şəhərlərində su təchizatı sisteminin reabilitasiyası layihəsinin gerçəkləşdirilməsi məsələlərinin Azərsu ASC ilə həll edilməsidir. Həmçinin əməkdaşlığın digər məsələlərinin müzakirəsi, eləcə də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilat nümayəndələri ilə görüşlər planlaşdırılır" -deyə nümayəndəlikdə qeyd olunub.

K.Kalovun həmin məqsədi daşıyan ötən səfəri sentyabrın 12-16-da keçirilmişdi. Bankın layihəsinin 3,5-4 il müddətinə hesablanmış birinci mərhələsinin dəyəri 54 mln. avro həcmində razılaşdırılıb, bundan 37 mln. avro (yeni kreditin 25,85 mln. avro və İmişlidə aparılan analoji işlərin qalığı) KfW, 10 mln. avro İsveçrənin iqtisadi əlaqələr Dövlət katibliyi (SECO), 7 mln. avro isə Azərbaycan hökuməti təqdim edəcək. 2030-cu ilədək Gəncə və Şəki su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi 80-100 mln. avro. dəyərində qiymətləndirilib.

Xəbər lenti

Xəbər lenti