...

Azərbaycanın nəqliyyat sahəsinin vəziyyətinə dair hesabat Asiya İnkişaf Bankına təqdim ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2005 17:26 (UTC +04:00)

Azərbaycanın Nəqliyyat Nazirliyi Britaniyanın Scot Wilson şirkəti ilə "Azərbaycanın nəqliyyat sektorunun inkişafı strategiyası"nın hazırlanmasına başlayıb. Bu barədə Trend ə Nəqliyyat Nazirliyi nəqliyyat siyasəti və iqtisadiyyatı departamentinin rəhbəri Sədrəddin Məmmədov bildirib.

"Azərbaycanın nəqliyyat sektorunun inkişafı strategiyası" Asiya İnkişaf Bankının $350 min məbləğində ayıracağı qrant hesabına hazırlanacaq. Sənədin hazırlanmasında məsləhət xidmətləri isə Scot Wilson tərəfindən göstəriləcək.

Onun sözlərinə görə, ölkənin nəqliyyat sahəsinin vəziyyətinə dair ilkin hesabat artıq hazırdır və dekabrda banka təqdim olunacaq. "Azərbaycanın nəqliyyat sektorunun inkişaf strategiyası" 2206-cı ilin birinci rübünə kimi işlənib hazırlanacaq və hökumət tərəfindən baxılmağa veriləcək.

Sənəddə ölkənin nəqliyyat infrastrukturunun inkişafı, yüklərin respublika ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, daşımaların həcminin artırılması, yolların inşası və yenidən qurulması, nəqliyyat obyektlərinin tikintisi və s. öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti