...

Azərbaycan 2006-cı ildə Dünya bankının nəqliyyat kreditini ala bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2005 18:20 (UTC +04:00)

Azərbaycan 2006-cı ildə Ələt-Astara-İran sərhədi və Bakı-Şamaxı avtomobil magistrallarının tikintisi və yenidənqurmasını nəzərdə tutan ikinci "Magistral yolların Layihəsi" üzrə kredit ala bilər. DB-də Trend ə bildirilib ki, əgər layihənin qiymətləndirilməsi DB-nin cari səfəri çərçivəsində təsdiq olunsa, onda 2006-cı ilin əvvəlində direktorlar Şurasında baxılma imkanı olan kredit sazişinə hazırlığı başlamaq olar.

Noyabrın 29-da DB-nin nəqliyyat missiyası bu layihə üzrə AR nəqliyyat Nazirliyində müzakirələrə başlayacaq.

Ələt-Astara-İran sərhədinin tikinti və yenidənqurma layihəsinin ümumi dəyəri $350 mln. təşkil edir. Layihə DB və AİB tərəfindən maliyyələşdiriləcək. Vəsaitlərin təxminən 3/2 hissəsi DB, qalan hissəsi isə AİB tərəfindən təmin ediləcək.

Yeni dizaynla bağlı olaraq yolun uzunluğu 46 km.azalıb. Layihə üzrə bütün vacib işlər artıq planlaşdırılıb. Nazirlik 2006-cı ilin ortalarında tikinti işlərinin başlanılması üçün texniki sənədlərin hazırlanmasını planlaşdırır.

Xəbər lenti

Xəbər lenti