...

Yanvar ayından Azərbaycan Polşa və Çinlə ikiqat vergitutmanın aradan qaldırılmasına dair imzaladığı sazişi tətbiq edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2005 20:06 (UTC +04:00)

2006-cı ilin yanvar ayından Azərbaycanla Polşa və Çin arasında ikiqat vergitutmanın aradan qaldırılması və gəlir və əmlak vergisindən yayınmaya dair imzalanmış saziş tətbiq ediləcək. Azərbaycanın Vergilər Nazirliyindən Trend ə verilən məlumata görə, Polşa ilə konvensiya 1997-ci il avqustun 26-da, Çinlə isə 2005-ci il martın 17-də imzalanıb.

Bu günlərdə analoji sənəd Çexiya hökumətilə də imzalanıb. Artıq bu günə kimi 15 xarici dövlətlə Azərbaycan arasında sözügedən sazişlər qüvvəyə minib. Bunlar Böyük Britaniya, Norveç, Türkiyə, Avstriya, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan, Moldova, Özbəkistan və Almaniyadır. Bu il Litva və Rumıniya dövlətləri ilə sözügedən sazişlərin tətbiqinə başlanıb, Belçika, İsveçrə, Pakistan, Fransa və Almaniya ilə bağlanacaq sazişlər artıq təsdiq edilib və qüvvəyə minmə tarixlərinin razılaşdırılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti