...

Azərbaycanın Nazirlər Kabineti Bakıda nəqliyyatdakı çətinliklərin həlli ilə bağlı tədbirlər planı hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2005 14:42 (UTC +04:00)

Azərbaycanın Nazirlər Kabineti Bakının bir sıra küçə və prospektlərində yaranan tıxaclarla bağlı çətinliklərin həlli üzrə tədbirlər planı hazırlayır. Trend in məlumatına görə, bu baroədə noyabrın 29-da Azərbaycanın baş naziri Abid Şərifov məlumat verib.

Onun sözlərinə görə, yaxın vaxtlarda sənəd ölkə prezidentinin İcra Aparatına da təqdim ediləcək. Ölkə prezidenti yanında müşavirə keçiriləcək və bu tədbirlər planı burada müzakirə olunacaq.

"Burada söhbət təkcə yolların tikintisindən deyil, avtobuslar və taksilər üçün dayanacaqların ayrılmasından, körpülərdən və s. gedir. Hesab edirəm ki, yaxın bir neçə gün ərziqdə bütün zəruri tədbirlər razılaşdırılacaq və onların reallaşdırılması üzrə işlərə başlanılacaq. Mən əminəm ki, bu problem öz həllini tapacaq ", - deyə o bildirib.

A.Şərifov qeyd edib ki, problemi həm də paytaxtda avtomobillərin sayının artması da yaradır. "SSRİ vaxtında Bakıda 1800 avtobus var idi ki, onlardan 1400-ü istifadədə idi. Lakin hazırda Bakıdv rəsmi olaraq 11 min avtobus fəaliyyət göstərir", - deyə baş nazirin müavini bəyan edib.

Noyabrın 26-da şəhərin ümumi vəziyyəti ilə növbəti tanışlıq zamanı ölkə prezidenti Nəqliyyat Nazirliyinə, Bakı İcra Hakimiyyətinə və digər idarələrə müvafiq tapşırıqlar verib.

Nəqliyyatın intensiv hərəkətində maneələrin yarandığı bir sıra küçə və prospektlərin genişləndirilməsi, eləcə də körpülərin, iki və üçmərtəbəli yolların tikintisi zərurəti qeyd olunub. Eyni zamanda, bir sıra evlərin və tikintilərin onların sahiblərinə kompensasiyalar verilməsi müqabilində sökülməsi barədə məsələyə də baxılıb. Heydər Əliyev prospektina aparan köməkçi yolların bu ərazidə əlavə körpülərin tikilməsinin zəruriliyi qeyd edilib.

Xəbər lenti

Xəbər lenti