...

Xarici borcların limitinin demək olar ki, $1 milyardı istifadə edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2005 15:01 (UTC +04:00)

Maliyyə Nazirliyindən Trend ə verilən məlumata görə, xarici borclar üzrə limit bu gün demək olar ki $1 milryad həcmində istifadə edilib. Proqnozlara görə, 2005-ci il ərzində xarici mənbələrdən alınmalar $1'2 milyarda qədər planlaşdırılıb. İmzalanmış kredit razılaşmalarına görə, hökumət zəmanəti altında xarici borcların həcmi oktyabrın əvvəllərindən başlayaraq $3,424 mlrd təşkil edib ki, bu vəziyyət iyulun 1 -də $2,973 milrd olub. Belə artım əsasən təyyarələrin alınması ilə əlaqədardır.

Bu il limit cari ilin büdcə proqnozlarına yenidən baxılması zamanı üçqat artıb. Belə artım TRA¬SE¬KA proqramı çərçivəsində Bakıdan Rusiya, Gürcüstan və İran sərhədlərinə qədər avtomobil yollarının tikintisinə maliyyələşməyə kreditlərin cəlb edilməsi planları ilə bağlı məqsədəuyğun hesab edilir.

Hökumətin xarici dövlət borclarının idarə ediloməsinin idarə edilməsi siyasəti yürütməsi üzrə təcxrübəsini nəzərə alaraq, xarici borcların həcmi Azərbaycan üçün problem yaratmır. Dünya Bankı öz hesabatında Azərbaycanı 5 balla (maksimal qiymət 6 baldır) qiymətləndirib ki, bu da xarici borcların idarəsində düzgün və balanslaşdırılmış siyasəti təsdiq edir.

Xəbər lenti

Xəbər lenti