...

BMK Şamaxı şirkətlərini korporativ idarəetmə prinsipləri ilə tanış edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2005 15:05 (UTC +04:00)

Azərbaycanda Beynəlxalq maliyyə korporasiyası (BMK) tərəfindən gerçəkləşdirilən korporativ idarəetmə layihəsi (ACGP) Bakı hüdudlarında beşinci seminarı keçirir. Trend in məlumatına əsasən, noyabrın 29-da ACGP-nin ofisində bildirilib ki, sabah Şamaxıda "Korporativ idarəetmə və onun əhəmiyyəti" mövzusunda seminar keçiriləcək. Seminar şəhərdə fəaliyyət göstərən səhmdar cəmiyyətləri müşahidə şuralarının üzvləri və idarə heyətləri üçün təşkil edilib.

Seminarın iştirakçıları 29 şirkətdir. Seminar çərçivəsində investisiyaların cəlb edilməsinin yaxşılaşdırılması da daxil olmaqla ölkədə korporativ idarəetmənin beynəlxalq standartlarının tətbiqinin faydaları qeyd olunacaq. ACGP nümayəndəsinin də qeyd etdiyi kimi, şirkətlərdə və banklarda korporativ idarəetmənin prinsiplərinin tətbiqi ölkənin işgüzar mühitinin şəffaflığının yüksəldilməsini nəzərdə tutur və özəl sektorun inkişafına yardım edəcək.

Bakının hüdudlarında bu, artıq beşinci seminardır, ilk seminar mayın 11-də Gəncədə, ikinci - iyulun 22-də Lənkəranda, üçüncü - avqustun 9-da Naxçıvanda, dördüncü - sentyabrın 9-da Qubada keçirilib.

Azərbaycanda korporativ idarəetmə layihəsi korporativ idarəetmə prinsiplərinin tətbiqi üzərində işləyir. BMK-nın təşəbbüsü və İsveçrə iqtisadi münasibətlər Dövlət katibliyinin (SECO) maliyyələşdirməsi ilə həyata keçirilən layihənin rəsmi açılışı yanvarın 26-da keçirilib.

Layihənin gerçəkləşdirilməsi 3 ilə nəzərdə tutulub və onun ümumi büdcəsi $2,1 mln. təşkil edir.

Xəbər lenti

Xəbər lenti