...

Beynəlxalq Maliyyə Korporasiyası korporativ idarəetmə üzrə pilot proqramına səhmdar cəmiyyətlərin seçimini aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2005 15:08 (UTC +04:00)

Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən həyata keçirilən korporativ idarəetmə layihəsi çərçivəsində müasir korporativ idarəetmə standartlarının tətbiq edilməsinə texniki yardım üzrə pilot proqramı üçün səhmdar cəmiyyətlərin seçimi aparılır. Trend in xəbər verdiyi kimi, bu barədə ACGP-nin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Rasmina Qurbatova noyabrın 29-da kütləvi informasiya vasittələri üçün keçirilmiş birinci seminarda məlumat verib. Onun sözlərinə görə, hazırda texniki yardım göstərilmiş potensial alıcıların ərizələri üzrə seçim aparılır.

Proqram çərçivəsində 6 səhmdar cəmiyyət (şirkətlərin və ya bankların) seçiləcək. Seçimin meyarlarına təşkilatın səhmdar cəmiyyət statusu, korporativ idarəetmə strukturunun olması (müşahidə şurası, idarə heyəti, ümumi yığıncaq) və onun keyfiyyətinin artırılmasına maraq daxildir.

ACGP korporativ idarəetmə standartlarının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının normalarına uyğun tətbiqinə kömək edir.

Xəbər lenti

Xəbər lenti