...

Beynəlxalq Bank 5 min yeni pos-terminal alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2005 18:00 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 22-də imzaladığı "Ödəmə sistemlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı yerli bankların POS-terminalların sayının artırılması ilə bağlı fəaliyyətinin canlanmasına gətirib çıxarıb.

Azərbaycan Beynəlxalq Bankından Trend ə verilən məlumata görə, sərəncamın müəssisələrdə pərakəndə ticarətin və xidmətlərin, POS-terminalların quraşdırılması barədə bəndin reallaşdırılması üçün ABB əlavə olaraq 5 min belə qurğu alacaq.

"Plastik kartlar buraxan digər banklar artıq 1 min terminal almağı planlaşdırıb. Bu zaman Bank of Baku, Bank Respublika, Azərigazbank, Bank Standard və digərləri daha çox fəallıq göstərirlər. Vergilər və İqtisadi İnkişaf Nazirlikləri və Milli Bank POS-terminalların quraşdırılmasının daha məqsədəuyğun oldutğu müəssisəinn müəyyən edilməsi üçün artıq ilk iclaslarını keçiriblər. Avtomatlaşdırılmış ticarət-servis xidməti proqramı yanvarın 1-dək hazır olmalıdır ", - deyə bankdan bildiriblər.

Hələlik ölkədə yalnız 1 min POS-terminal fəaliyyət göstərir. Pərakəndə ticarət-servis şəbəkəsində ödəmələrin avtomatlaşdırılması 2006-2007-ci illərdə həyata keçiriləcək. POS-terminal qurğularının maliyyələşdirilməsi üçün prezident 2006-cı il dövlət büdcəsindən Sahibkarlığa yardım Milli Fondundan ayrılmış vəsaitdən istifadə etməyə icazə verib. Təkcə Bakının ehtiyacları üçün 35 mindən az olmamaqla POS-terminalın olması zəruridir.

Xəbər lenti

Xəbər lenti