...

Nəqliyyat Nazirliyi Bakı dairəvi yolunun tikintisi çərçivəsində ixtisaslaşmaöncəsi tender keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2005 18:47 (UTC +04:00)

Bakı dairəvi avtomobil yolunun tikintisinə 2006-cı ilin ortalarından başlanılacaq. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat nazirliyindən məlumat verilib. Hazırda layihə üzrə sənədlərin hazırlanmı üzrə işlər aparılır.Bakı dairəvi altı zolaqlı yolunun tikintisi layihəsi üzrə podratçı şirkət üçün ixtisaslaşmaöncəsi tender keçirilir.

Nəqliyyat Nazirliyi layihənin dəyərini 50 milyon dollardan artıq müəyyən edib. Əvvəllər onun reallaşdırılması üçün $28,5 miln vəsaitin tələb olunduğu güman edilirdi. Layihənin bahalaşması avtomobil yollarının dizaynında edilən dəyişikliklə bağlıdır. Marşrutun dəyişdirilməsi nəticəsində trassın uzunluğu 5 km artıb və hazırda 26 km təşkil edir.

Azərbaycan tərəfi layihənin maliyyələşdirilməsi ilə bağlı kredit razılaşmasını artıq imzalayıb: Küveyt fondu $14,6 mln, Əbu-Dabi Fondu - $10 mln ayırıb. Vəsaitin digər hissəsini Azərbaycan hökuməti təmin edəcək. Göstərilən fondlar kreditləri 2,5%-lə 32 illiyə təqdim ediblər.

Azərbaycan öz ehtiyatları hesabına vəsaitin çatışmayan hissəsini ödəməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti