...

Azərbaycanın vergi orqanlarına müsabiqə yolu ilə 46 nəfər qəbul edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2005 19:21 (UTC +04:00)
Azərbaycanın vergi orqanlarına müsabiqə yolu ilə 46 nəfər qəbul edilib

Bu gün Azərbaycanın Vergilər Nazirliyində vergi orqanlarında test imtahanları ilə işə götürülən işçilərlə görüş keçirilib. Trend in məlumatına görə, Vergilər Nazirliyinin kadrlar idarəsinin rəisi Faiq Şahbazovun sözlərinə görə, bu imtahanlar prezidentin 2005-ci il 15 aprel tarixdə imzaladığı "Vergi orqanlarında işə qəbul zamanı namizədlər arasında müsabiqənin keçirilməsi barədə" qaydalara müvafiq olaraq keçirilib. Onun əsasında vergilər nazirinin daxili sərəncamı ilə nazir müavini Natiq Qasımovun sədrliyi altında müsabiqə komissiyası yaradılıb.

F.Şahbazovun sözlərinə görə, sənədlərin qəbulu avqustun 3 -dən 23-ə kimi aparılıb və onların yoxlanılması üçün beş işçi qrupu yaradılıb. Vergi sistemində işləmək arzusunu ifadə edənlər 500-ə yaxın olub, lakin 55 nəfərin sənədləri müəyyən səbəblər üzündən qəbul edilməyib.

Müsabiqədə təqdim olunan 100 sualdan 800-i Vergilər Nazirliyi, 20-si isə Tələbə qəbulu üzrə Dövlət Komissiyası tərəfindən hazırlanıb. 345 namizəddən 117 nəfəri imtahanı uğurla verib. İkinci tura onlardan cəmi 76 nəfəri qalıb. Onlardan 46 nəfəri artıq işə qəbul edilib, 30-u isə ehtiyatda qalıb. E.Şahbazov qeyd edib ki, seçim 3 kriteriya üzrə, ilk növbədə yüksək bal (80 və yuxarı) aparılıb.

Strateji tədqiqatlar və vergi siyasəti Baş İdarəsinin rəisi Akif Musayev qeyd edib ki, işə qəbul üzrə test metodu 2000-ci ildə qüvvəyə minən "Dövlət xidməti barədə" Qanunda nəzərdə tutulub. Onun fikrincə, bu gün kadr hazırlığı proqnoz göstəricilərin yerinə yetirilməsindən də vacib məsələdir.

Xəbər lenti

Xəbər lenti