...

Maliyyə Nazirliyi "Günay-Anadolu" sığorta şirkətinin lisenziyasını almayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2005 19:38 (UTC +04:00)

Azərbaycan-Türkiyə "Günay-Anadolu" sığorta şirkəti son vaxtlar KİV-də Maliyyə Nazirliyi tərəfindən onun lisenziyasının alınması barədə yayılan məlumatı təkzib edib. Bu barədə Trend şirkətin press-relizinə istinadən məlumat yayıb.

Maliyyə Nazirliyi tərəfindən cari ilin sentyabrında şirkətdə aparılan planlı təftişə müvafiq olaraq "Günay -Anadolu"ya noyabrın 28-də protokol təqdim edilib. Yoxlamanın yekunları ilə bağlı protokolda tipik olmayan hadisə üzrə sığorta haqda Qaydalarda dəyişikliklər edilməyənə kimi "Viza" sığortasının öz fəaliyyətini müvəqqəti olaraq dayandırdığı bildirilir.

Bununla əlaqədar, Azərbaycanın sığorta bazarında ilk şirkət olan "Günay-Anadolu" öz müştərilərini əvvəllər olduğunu kimi öz fəaliyyətini davam etdirmək barədə məlumatlandırır.

Xəbər lenti

Xəbər lenti