...

POS-terminallar üçün yerlərin və mərhələ üzrə müəyyən edilməsi təklif ilin sonuna kimi hazır olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2005 21:08 (UTC +04:00)

Prezidentin ödəniş sistemlərinin təkmilləşdirilməsi barədə Dövlət proqramının reallaşdırılması üzrə sərəncamına müvafiq olaraq Vergilər, İqtisadi İnkişaf və Azərbaycanın Milli Bankının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. Trend in məlumatına görə, bu barədə noyabrın 29-da vergilər nazirinin müavini Natiq Əmirov məlumat verib.

Onnu sözlərinə görə, işçi qrup birgə təkliflər paketi hazırlayacaq ki, onun əsasında POS-terminalların yerləşdiriləcəyi yerlər və mərhələləik müəyyən ediləcək. Onların yerləşəcəyi yerlərin müəyyən edilməsi kriteriyaları müxtəlif ola bilər. Bu ticarət obyektlərinin dövriyyəsindən asılıdır. Eləcə də, POS-terminalların quraşdılıması bahalı malların satıldığı ticarət nöqtələrindən asılı olacaq.

N.Əmirovun sözlərinə görə, obyektlərin seçilməsi üzrə digjər kriteriyalar da mövcud olacaq ki, burada nəqdsiz haqq-hesab üçün şərait, əhali üçün rahatlıq yaradılacaq və ticarət əməliyyatları sadələşdiriləcək.

Xəbər lenti

Xəbər lenti