...

Oktyabrda Milli Bankın beynəlxalq ehtiyatları 3% azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2005 13:33 (UTC +04:00)

Oktyabr ayında Azərbaycanın təmiz beynəlxalq ehtiyatları (TBE) 3% təşkil edibö İlin əvvəlində isə onun artımı 16,58% təşkil edib. AMB-dan Trend ə verilən məlumata görə, 2005-ci il noyabrın 1-də TBE-ın həcmi oktyabrın 1-dəki 5710,5 mlrd manata və 2005-ci il yanvarın 1-dəki 4800,2 mlrd manata qarşı 5596,1 mlrd manat təşkil edib.

Təmiz daxili aktivlər (TDA) oktyabrın 1-də olan 3637,8 mlrd manata və 2005-ci il yanvarın 1-ə olan 2715,1 mlrd manata qarşı 3710,9 mlrd manat təşkil edib. Genişləndirilmiş pul kütləsi (M3) oktyabrın 1-də olan 9348,3 mlrd manata (AzM -la 4193,7 mlrd manat) və 2005-ci il yanvarın 1-də 7515,2 mlrd manata (AzM -la 3418 mlrd manat)qarşı noyabrın 1-də 9307 mlrd manat (o cümlədən, milli valyuta ilə 3963,9 mlrd manat) olub.

Başa çatmış yoxsulluğun azalması və inkişaf (PRGF) proqramı çərçivəsində hökumət və BVF AMB-nın təmiz beynəlxalq ehtiyatların minimal səviyyəsini belə razılaşdırmışdılar: 31 sentyabr 2005-ci il - 5,332 trln manat, 31 dekabr 2005-ci il - 5,663 trln manat. PRGF-da 1 dolların məzənnəsi 4606 manatdır. Bu kurs nəzərə alınmaqla 2005-ci il noyabrın 1-də TBE $1214,959 mln təşkil edib.

PRGF üzrə TDA-in ümumi həcmi üzrə aşağıdakı limitlər qəbul edilib: 31 sentyabr 2005-ci il - 2,462 trln manat, 31 dekabr 2005-ci il - 2,738 trln manat. Genişləndirilmiş pul kütləsinin proqnozu belə şəkildə qəbul edilib: 31 sentyabr 2005-ci il - 7,793 trln manat (manatla 3,812 trln), 31 dekabr 2005-ci il - 8,401 trln manat (manatla 4,499 trln).

Xəbər lenti

Xəbər lenti