...

Azərbaycan üçüncü AN-104-100 təyyarəsini dekabr ayında ala bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2005 13:54 (UTC +04:00)

Azərbaycan ilin sonuna kimi Xarkov Dövlət Aviasiya müəssisəsinin istehsalı olan 3-cü AN - 104-100 markalı təyyarəni alacağına ümid edir. Bu barədə Trend ə AZAL Dövlət Şirkətindən məlumat verilib.

"Əvvəllər təyyarənin noyabrın sonlarında alınacağı ehtimal edilirdi. Lakin istehsal prosesi ilə əlaqədar bu dekabra qədər təxirə salınıb. Biz 4-cü təyyarəni 2006-cı ilin əvvlllərində gözləyirik", - deyə DŞ-nin nümayəndəsi bildirib.

AZAL DŞ ilə Xarkov Dövlət Aviasiya müəssisəsi arasında 4 AN-104-100 təyyarəsinin alınması üzrə müqavilə 2004-cü il iyulun 8-də imzalanıb. Müqavilə həm də uçuş-texniki heyətin təhsilini və təyyarələni texniki dəstəyini nəzərdə tutur. Müqavilənin dəyəri 36,4 miln (4 təyyarənin hər biri üçün $9,1 mln) dollardır.

"Bütün bu təyyarələr həm Azərbaycanın daxilində, həm də onun xaricində istifadə olunacaq və regionda sərnişin daşınmaları bazarını canlandlıracaq", - deyə AZAL DŞ-nin nümayəndəsi bildirib.

An-140-100 təyyarələrinin maksimal uçuş kütləsi 21,5 ton, kommersiya ağırlığı kütləsi 6 ton, doldurulan yanacağın maksimal kütləsi 4,44 ton, kreyser sürəti saatda 450 km-dir, onu saatda 537 km-ə qədər də artırmaq olar. Təyyarə 52 nəfərədək sərnişin daşıya bilir.

Xəbər lenti

Xəbər lenti