...

Azərbaycan bankları oktyabr ayı ərzində kreditləşdirməni 5,3% artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2005 16:28 (UTC +04:00)

Oktyabrda Azərbaycan bankları iqtisadiyyatın kreditləşdirilməsini 5,34% artırıb, il ərzində isə bu artım 32,55% təşkil edib.Azərbaycanın Milli bankında (AMB) Trend ə bildirilib ki, 2005-ci ilin 1 oktyabrında 6225,692 mlrd. manat və 1 yanvarında 4947,302 mlrd. manata qarşı 1 noyabrda banklar tərəfindən 6557,982 mlrd. manat kredit (o cümlədən 2584,917 mlrd. manat milli valyutada və 3973,065 mlrd. manat AKV-də) verilib. İstiqraz və borcların ümumi portfelindən 2005-ci ilin oktyabrın 1-də 315,977 mlrd. manat və yanvarın 1-də 275,271 mlrd. manata qarşı 1 noyabrda 336,758 mlrd. manat vaxtı ötüb.Vaxtı ötmüş kreditlərin statistikası Aqrarkredit qeyri-bank kredit təşkilatının analoji istiqrazlarını nəzərə almır.

Qısa müddətli kreditlər 2005-ci ilin oktyabrın 1-də 3897,5 mlrd. manat (234,7 mlrd. manat vaxtı ötmüş borclar da daxil olmaqla) və yanvarın 1-də 3503,9 mlrd. manata (208,7 mlrd. manat) qarşı 4128,4 mlrd. manat (239,5 mlrd. manat vaxtı ötmüş borclar da daxil olmaqla) təşkil edib.Uzunmüddətli kreditləşdirmə 2005-ci ilin oktyabrın 1-də 2328,2 mlrd. manat (81,3 mlrd. manat) və yanvarın 1-də 1443,4 mlrd. manata (66,6 mlrd. manat) qarşı 2429,6 mlrd. manat (97,3 mlrd. manat) təşkil edib.

AMB-də bildirildiyi kimi, noyabrın 1-nə dövlət bankları tərəfindən kreditlər 3276,664 mlrd. manat (+9,77% oktyabr ərzində və +44,65% cari il ərzində), özəl banklar tərəfindən - 3083,224 mlrd. manat (+1,55% oktyabr ərzində və

+36,55% il ərzində) verilib. Bankların kredit portfeli xarici iştirakla noyabrın 1-də tamamilə xarici bankların 118,6 mlrd. manat kreditləri ( müvafiq olaraq +7,4% və +13,7%) daxil olmaqla 1243,4 mlrd. manat ( müvafiq olaraq +2,49% və +62,98%) təşkil edib.Oktyabrda qeyri-bank kredit təşkilatlarının (QBKT) kredit portfelinin həcmi 3,23% enib, il ərzində isə enmə cəmi 53,3% təşkil edib. Oktyabrın 1-də 80 QBKT-nin 204,704 mlrd. manat və yanvarın 1-də 70 QBKT-nin 424,14 mlrd. manata qarşı noyabrın 1-də 81 QBKT-nin kredit portfeli 198,094 mlrd. manat təşkil edib.

Noyabrın 1-də iqtisadiyyatın bank kreditləşdirilməsi üzrə orta dərəcə milli valyutada 2005-ci ilin oktyabrın 1-də 15,66% və yanvarın 1-də 15,55%-ə qarşı noyabrın 1-də 15,57% təşkil edib. İnflyasiyada yanvar-oktyabr aylarında 2,8%, real kredit dərəcəsi 12,77% təşkil edib. AKV-də bank kreditləşdirilməsi üzrə orta dərəcə 2005-ci ilin oktyabrın 1-də 17,53% və yanvarın 1-də 18,96%-ə qarşı 17,28% təşkil edib.

Noyabrın 1-də hüquqi şəxsin milli valyutada bank kreditləşdirilməsi üzrə orta dərəcə 2005-ci ilin oktyabrın 1-də 14,96% və yanvarın 1-də 16,06%-ə qarşı 15,08%, real dərəcə 11,28% təşkil edib. AKV-də korporativ müştərinin bank krediti üzrə orta dərəcə 2005-ci ilin oktyabrın 1- də 15,83% və yanvarın 1-də 17,12%-ə qarşı 15,65% təşkil edib.

Xəbər lenti

Xəbər lenti