...

2005-ci ildə Azərbaycanda ilk bank istiqrazları emissiyası qeydiyyata alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2005 16:57 (UTC +04:00)

Azərbaycan prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 2005-ci ildə emitenti özəl kredit müəssisələri olan ilk korporativ istiqarz emissiyasının prospektini qeydə alıb. Bakı Fond Birjasından Trend ə verilən məlumata görə, emissiyaların qeydə alınması sayəsində səhmdar-kommersiya bankı Parabank 1,6 milyon dollarlıq korporativ istiqrazların buraxılışı imkanı əldə edib. 10 min dollar nominalında olan istiqrazların hər biri illik gəlirin 18 %-ni təşkil edir. Onlar 5 illik tədavül dövrünə malikdir. Parabank istiqrazlarının yerləşdirilməsi Standard Capital MMM -in xidmətləri vasitəsilə həyata keçiriləcək.

BFB-dan verilən məlumata görə, 2004-cü ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi korporativ istiqrazların 61 mlrd manatlıq və $2 miln məbləğində 11 buraxılışını qeydiyyata alıb. 7 emitentin hamısı banklar olub. 2005-ci ildə yalnız AtaLeasing lizinq şirkətinin ($0,5 mln) və Siyazan Kərpic səhmdar cəmiyyətinin ($2 mln) istiqraz emissiyası qeydiyyata alınıb.

Xəbər lenti

Xəbər lenti