...

Azərbaycanın Nazirlər Kabineti avtomobil nəqliyyatı vasitələrinin vergi qaydalarını hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2005 17:16 (UTC +04:00)

Azərbaycanın Nazirlər Kabineti avtomobil nəqliyyatı vasitələrinin vergiyə cəlb olunması üzrə qaydaları hazırlayıb və yaxın vaxtlarda təsdiq olunduqdan sonra onlar qüvvəyə minəcək. Bu barədə Trend ə vergilər nazirini müavini Natiq Əmirov məlumat verib.

Hələ 2005-0ci ilin mayından müzakirə olunan yeni qaydalar avtomobil nəqliyyatı vasitələrinə vergini ödədikdən sonra fərqlənmə nişanı verilməsini nəzərdə tutur. Lakin onlar hələ tətbiq olunmadığı üçün nəqliyyatın vergi ödənməsi 2004-cü ildən qüvvədə olan sadələşdirilmiş sistem üzrə həyata keçirilir. Həmin sistemə görə, po Bakıda avtomobillərin 3 aylıq dövriyyə ilə 4%-lik, regionlarda isə 2%-lik vergi mövcuddur. Təkcə taksilərdən 8%-lik dövrimyyə ilə vergi yığılır. Əgər fərqlənmə nişanları tətbiq edilərsə, onda vergilər avmobil nəqliyyatı vasitələrində oturacaq yerlərinin miqdarı üzrə toplanmalıdır.

Onların tətbiqinin yubanması nəqliyyatdan verginin toplanmasına görə cavabdeyh olan orqanın qeyri-müəyyən olması ilə bağlıdır. Bakı şəhər İcra Hakimiyyəti nəqliyyat vasitələrindən verginin toplanmasını özü həyata keçirmək və vergiödəyicilərə fərqlənmə nişanlarını təqdim etmək istəyir. Lakin prezidentin fərmanına əsasən, yol vergisinin və sərnişin daşıyıcılarından verginin toplanması Azərbaycanın Nəqliyyat Nazirliyinə tapşırılıb.

Bu ilin sonuna bir ay qaldığı üçün yeni qaydalar, eləcə də fərqlənmə nişanlarının istifadəsi sistemi 2006-cı ildə tətbiq edilə bilər. Bundan asılı olaraq nəqliyyatdan vergi daxilolmaları barədə proqnozlar müəyyən edilməyib. Lakin ayrılan məbləğin həcminin 10-12 milyard manat civarında olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti