...

NMR-də daşımaların həcmi 5,2 % artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2005 18:36 (UTC +04:00)

Cari ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında (NMR) daşımaların həcmi 5333,8 min ton müxtəlif yük təşkil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 5,2% çoxdur.AR nəqliyyat nazirliyində Trend ə bildirilib ki, NMR-də 33356,4 min sərnişin daşınıb, ötən ilin göstəricisi ilə müqayisədə artım 10,6% təşkil edib.

Yük və sərnişin daşımalarından ümumilikdə 94982,1 mln. manat həcmində gəlir alınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 13,6% çoxdur.

Azərbaycanda yanvar-oktyabr ayları ərzində daşımaların həcmi 103,6 mln. ton müxtəlif yük təşkil edib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 8,2% çoxdur.

Daşımaların əsas hissəsi avtomobil nəqliyyatının payına düşür. Nəqliyyatın bu növü ilə 56,1 mln. ton yük daşınıb ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 6,6% çoxdur. Həmçinin sərnişindaşımanın həcmi 4,5% artırılaraq 700,7 mln. nəfər təşkil edib.

Xəbər lenti

Xəbər lenti