...

Naxçıvan MR-ə təxminən 480508,3 mln. manat sərmayə qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2005 18:58 (UTC +04:00)

2005-ci ilin yanvar-oktyabrında Naxçıvan Muxtar Respublikasına (NMR) 480508,3 mln. manat sərmayə qoyulub ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 50,8% çoxdur. NMR-in Bakıdakı nümayəndəliyində Trend ə bildirilib ki, bu göstəricidən tikinti-montaj işlərinə 414230,1 mln. manat həcmində sərmayə qoyulub, bununla göstərici üzrə artım 49,7% təşkil edib.

"Bu göstərici həmin dövr ərzində əsas kapitalda sərmayədən 86,2% təşkil edir" -deyə qurumda bildirilib.

Ümumilikdə həyata keçirilən tikinti işlərindən 302891,4 mln. manat (81,6%) yeni tikililərin, 53289,6 mln. manat (14,3%) yenidənqurma və genişləndirmə işlərinin, 8045,4 mln. manat (2,2%) əsaslı təmir və 7187,1 mln. manat (1,9%) digər işlərin payına düşür.

Bundan başqa, 10 ay ərzində bütün respublika üzrə 175132,9 mln. manat həcmində xidmət göstərilib və mal istehsal olunub ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 59,4% çoxdur. Ümumi göstəricidən mal istehsalının payına 83%, göstərilən xidmətin payına 17% düşür.

Azərbaycan Milli bankının məlumatına əsasən, 30.11.05 tarixdə dolların manata rəsmi məzənnəsi 4594 AZM təşkil edib.

Xəbər lenti

Xəbər lenti