...

Azərbaycanda ehtiyat pullar 7,6% azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2005 12:50 (UTC +04:00)

Azərbaycanda genişləndirilmiş pul bazası (ehtiyat pullar) 2005-ci il yanvarın 1-nə olan göstəriciyə nisbətdə noyabrın 1-də 316,3 mlrd. manat (-7,6%) azalıb. Bu dövr ərzində manat pul bazası 228,8 mlrd. manat (7,1%) artıb. Azərbaycanın Milli bankında (AMB) Trend ə bildirilib ki, noyabrın 1-də genişləndirilmiş pul bazası 2004-cü ilin oktyabrın 1-də 4113,9 mlrd. manat, ilin əvvəlində 4168,1 mlrd. manat, noyabrın 1-də 3177,5 mlrd. manata qarşı 3851,8 mlrd. manat, pul bazası isə (ehtiyat pullar) manatda 3429 mlrd. manat təşkil edib.

Oktyabrın 1-də bank ehtiyatları 2004-cü ilin oktyabrın 1-də 835,2 mlrd. manat, ilin əvvəlində 1537 mlrd. manat və noyabrın 1-də 743 mlrd. manata qarşı 669,9 mlrd. manat təşkil edib. Müxbir hesablarında bank vəsaitlərinin qalıqları 2004-cü ilin oktyabrın 1-də 411,3 mlrd. manat (390,5 mlrd. manat AzM ilə və 20,8 mlrd. manat AKV), ilin əvvəlində 1091,1 mlrd. manat (470,8 mlrd. manat AzM ilə və 620,3 mlrd. manat AKV) və noyabrın 1-də 354 mlrd. manata (339 mlrd. manat AzM ilə və 15 mlrd. manat AKV) qarşı 253,8 mlrd. manat (247,1 mlrd. manat AzM ilə və 6,7 mlrd. manat AKV), məcburi ehtiyatlar müvafiq olaraq 424 mlrd. manat (0 manat AzM ilə və 424 mlrd. manat AKV), 445,9 mlrd. manat (98,3 mlrd. manat AzM ilə və 347,7 mlrd. manat AKV) və 389 mlrd. manata (94,2 mlrd. manat AzM ilə və 294,8 mlrd. manat AKV) qarşı 416,1 mlrd.manat (0 manat AzM ilə və 416,1 mlrd. manat AKV) təşkil edib.

Xəbər lenti

Xəbər lenti