...

Vergilər Nazirliyinə idarə əməkdaşlarının qanunsuz fəaliyyətilə bağlı 240-dan artıq müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2005 12:55 (UTC +04:00)

Vergilər Nazirliyi ölkənin vergi orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vergi ödəyicilərinin şikayət və müraciətlərini araşdrır. Bu tədbirlər nazirliyin daxili təhlükəsizlik idarəsi tərəfindən görülür. İdarənin rəisi Elman Vəliyevin Trend ə bildirdiyi kimi, əsasının qoyulduğu 2004-cü ildən bəri idarəyə vergi orqanları əməkdaşlarının qanunsuz fəaliyyəti ilə bağlı 243 müraciət daxil olub.

Onun sözlərinə görə, 170 ərizəyə baxılıb və qeydiyyata alınmış ərizələr üzrə vergi ödəyicilərinin hüquqları bərpa olunub.

"İdarəyə icra haqqında sərəncamla bağlı daxil olmuş 301 ərizənin 73-ü Prezident Aparatından, 21-i isə Respublika Prokurorluğundan göndərilib. Baxılmış 170 müraciətin 68-i təsdiqlənib, 29-u isə ilkin təhlildən sonra müvafiq şöbələrə göndərilib. Vergi orqanlarının 22 əməkdaşı barəsində inzibati cərimənin tətbiq olunmasına dair qərar qəbul edilib", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti