...

2005-ci ilin sonuna kimi Azərbaycan nəqliyyatının inkişafı dövlət proqramının təsdiqlənəcəyi gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2005 16:44 (UTC +04:00)

2005-ci ilin sonuna kimi Azərbaycan prezidenti tərəfindən ölkənin Nəqliyyat Nazirliyinin hazırladığı "2006-2015-ci illərdə Azərbaycanda nəqliyyatın inkişafı" dövlət proqramının təsdiqlənəcəyi gözlənilir. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Hazırda dövlət proqramına Nazirlər Kabinetində baxılır. Daha sonra o, prezidentin icra aparatına təqdim ediləcək.

Proqram çərçivəsində ölkə nəqliyyatının bütün növlərinin inkişafı nəzərdə tutulub. Sənəddə, həmçinin, nəqliyyat itnfrastrukturunun inkişafı, yüklərin respublikadan keçən nəqliyyat dəhlizlərinə cəlb olunma yolları, daşımaların həcminin artırılması, nəqliyyat obyektlərinin tikintisi, yolların inşası və yenidən qurulması və s. məsələr öz əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti