...

Dövlət Gömrük Komitəsi dövlət büdcəsinə 1 trln 688 mlrd manatdan artıq vəsait köçürüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2005 17:00 (UTC +04:00)

"İlkin məlumatlara əsasən, Dövlət Gömrük Komitəsi 2005-ci ilin 11 ayı ərzində dövlət büdcəsinə proqnozlaşdırılmış 1 trln 573 mlrd 960 mln manatdan fərqli olaraq 1 trln 688 mlrd 470 mln manat məbləğində vəsait köçürərək proqnozu 107,3% yerinə yetirib". Trend in xəbər verdiyi kimi, bu barədə DGK-nın dekabrın 1-də yayılmış press-relizində bildirilir.

2004-cü ilin analoji göstəricisi ilə müqayisədə bu rəqəm 522,5 mlrd manat və ya 44,8% çoxdur.

Ötən 2004-cü il ərzində DGK dövlət büdcəsinə gömrük ödəmələrindən və idxal-ixrac əməliyyatları vergisindən 1 trln 301 mlrd 570 mln manat köçürmüşdü.

Xəbər lenti

Xəbər lenti