...

Gömrük orqanları tərəfindən bir neçə qaçaqmalçılıq faktı aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2005 17:31 (UTC +04:00)

Azərbaycanın Dövlət Gömrük Komitəsi tərəfindən bir neçə qaçaqmalçılıq faktı aşkar edilib. Trend in xəbər verdiyi kimi, bu barədə DGK-nın dekabrın 1-də yayılmış press-relizində bildirilir.

Biləsuvar rayonunun gömrükxana işçiləri və Daxili İşlər Nazirliyinin Biləsuvar şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan vətəndaşından 97 qr heroin aşkar edilib.

Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə idarəsinin qərb regionu üzrə regional şöbəsinin əməkdaşları və Gəncə gömrük idarəsinin qaçaqmalçılıq və gömrük pozuntuları ilə mübarizə sektorunun əməkdaşlarının birgə həyata keçirdikiləri operativ tədbirlər nəticəsində Gəncə sakinindən 103,01 qr tiryək və 1894 qr marixuana aşkar edilərək götürülüb.

Xaçmaz Gömrük İdarəsində Rusiyadan gələn Azərbaycan vətəndaşından Azərbaycan ərazisində məhdud təsirə malik 50 ampula "Relanium" dərman preparatı və 30 ampula "Tramal" preparatı, o cümlədən, hər birində 3 qr "Kaliya Permanqanat" tozu olan 800 paket aşkar edilib.

Xəbər lenti

Xəbər lenti