...

Azərdəmiryolbank öz Nizamnamə kapitalını artırmağa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2005 20:18 (UTC +04:00)

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi səhmdar-kommersiya Azərdəmiryolbankın emissiya prospektini qeydiyyatdan keçirib. Bu barədə Trend ə Bakı Fond Birjasından məlumat verilib. Emissiyanın həcmi 14 mlrd manat (2 800 000 denominasiya olunmuş manatla).təşkil edir. Hər bir səhmin nominal dəyəri 1 000 manat təşkil edir.

Bank öz kapitalını hazırki 22 milyard manatdan 36 mlrd manatadək artırmaq niyyətindədir. Azərdəmiryolbank Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) simasında yeni səhmdarın meydana çıxması ilə bağlı yeni emissiya elan edib.AYİB-in Azərdəmiryolbankın kapitalında iştirakı buraxılan səhmlərin bir hissəsinin alınması vasitəsilə həyata keçirəcək. Yeni emissiyalardan 9 mlrd manatını Avropa bankı, qalan 5 mlrd manatı isə bu gün 900-ə yaxın olan bankın səhmdarları əldə edəcəklər. Onların arasında həm fiziki, həm də hüquqi şəxslər var. AYİB-in daxil olmasından sonra bankın ümumi kapitalı hazırki 32 milyüard manata qarşı 60 mlrd manat olacaq.

Noyabrın 23-də imzalanan müqaviləyə görə, Avropa Bankına Azərdəmiryolbankın 25%+1 səhm ölçüsündə səhm paketi təqdim olunacaq.

Səhmlərin Azərbaycan bankında yerləşdirilməsi ilə "ADB Broker" şirkəti məşğul olacaq.

Xəbər lenti

Xəbər lenti