...

Vergi bəyannamələri vergi POS-terminalları vasitəsilə göndəriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2005 14:18 (UTC +04:00)

Azərbaycanda vergi inzibatçılığın təkmilləşdirilməsini nəzərdə tutan 2005-2007-ci il Dövlət Proqramı vergiödəyicilərin fəaliyyətinin sadələşdirilməsini nəzərdə tutur. Trend in məlumatına görə, bu barədə dekabrın 2-də Vergilər Nazirliyinin vergiödəyicilərə xidmət İdarəsinin rəisi Elçin Məmmədov məlumat verib.

Bununla əlaqədar iki il ərzində vergiödəyicilərin vergi bəyannamələrini vergi orqanlarına İnternet vasitəsilə göndərməsinə imkan verən vergi POS-terminallarının quraşdırılması nəzərdə tutulub. Üstünlük ondan ibarətdir ki, onlar vergi orqanlarına gəlmədən bəyannamələri təqdim edə bilərlər və əgər sənədlərdə xətalara yol verilərsə, POS-terminallar onları qəbul etməcək.

Onun sözlərinə görə, POS-terminallar bütün ərazi vergi idarələrində quraşdırılmalıdır. Əvvəlcə, hər vergi idarəsində 1-i (Bakı üzrə üç, ərazi üzrə isə 12) quraşdırılmalıdır. Zərurət yaranarsa, onların sayı artırılacaq. "Əvvəlcə nə qədər vergiödəyicini cəlb edə biləcəyimizi bilmək istəyirik",- deyə E.Məmmədov bildirib. Hazırda POS-terminalların tətbiqi üzrə layihə hazırlanır, lakin birmənalı olaraq onlar 2005-07-ci illərdə quraşdırılacaqlar.

Bununla yanaşı, yerlərdə vergiödəyicilər üçün vergi işini yaxşı bilən məsləhət xidmətinin yaradılması nəzərdə tutulub. Onlara vergi orqanları kömək edəcək və onlar üçün Vergilər Nazirliyinin treninq mərkəzində kurslar keçiriləcək. Onların ixtisaslaşma səviyyəsi artırıldıqdan sonra onlar bu məsləhət xidmətlərində işləyə biləcəklər.

Nazirlik həmçinin, vergilərin ödənməsi üzrə kart sisteminin tətbiqini də planlaşdırır. Daha doğrusu, yaxın gələcəkdə nəqdsiz hesablaşmalara keçid tədbirləri çərçivəsində vergi ödənmələri bankomatlardan bank kartları vasitəsilə həyata keçiriləcək. Bu istiqamətdə "Azərikard" pressinq mərkəzi ilə danışıqlar hələ gedir.

Xəbər lenti

Xəbər lenti