...

Gürcüstan Azərbaycana olan borca yenidən baxılmasına dair yeni sazişin bağlanılmasını sürətləndirməyi xahiş edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2005 15:29 (UTC +04:00)

Gürcüstanın maliyyə nazirliyi AR maliyyə nazirliyinə həmin ölkənin Azərbaycana olan borcuna yenidən baxılmasına dair yeni sazişin imzalanmasına hazırlıq barədə xəbərdarlıq edib. Bu barədə Trend ə maliyyə nazirliyində bildirilib. Məktubda qeyd olunur ki, sazişin imzalanmasına artıq səlahiyyət verilib. Həmin sənəd yazda keçmiş maliyyə naziri Zurab Noqaidelinin Bakıya səfəri çərçivəsində artıq paraflanıb.

Gürcüstanın Azərbaycana borcunun ümumi məbləği $16 189 573 təşkil edir. 2003-cü ildə bağlanmış sazişə müvafiq olaraq Azərbaycan qarşısında öhdəliklərin icrasına 2004-cü ilin martından borcun birləşdirilməmiş hissəsi olaraq müəyyən edilmiş $12 951 658-dən başlanılmalı idi. Borcun qalan hissəsi ($3 mln.237,914 min) birləşdirilmiş hissəyə aiddir və bunun ödənməsinə 2005-ci ilin iyunun 1-dən başlanılmalıdır.

Yeni sazişin imzalanmasının gecikdirilməsi Gürcüstan hökumətində baş vermiş kadr dəyişiklikləri il bağlıdır.

Yeni varianta əsasən, borcun $3,239 mln. məbləğində ödənməsinə 2007-ci ildə başlanılmalıdır və 2021-ci ilin sonunda bitməlidir.Bundan başqa, borcun $2 mln.həcmində hissəsinin ödənməsinə bu saziş qüvvəyə minəndən dərhal sonra başlanılacaq.Borcun bu hisssəsinin ödənməsi 2 mərhələdə aparılacaq və 2006-cı ilin sonunda başa çatmalıdır. Qalan üçüncü hissənin ödənməsinə 2010-cu ildə başlanılmalıdır və 2025-ci ildə bitməlidir. Öorcun faizləri ildə 3%-ə bərabər olacaq. Xatırladırıq ki, bu borc 1992-1994-cü illərdə ticarət əməliyyatlarının aparılması nəticəsində yaranıb.

Maliyyə nazirliyi artıq bu xətlə daxil olan $1,5 mln. həcmində vəsaiti 2006-cı ilin büdcəsinə qoyub. Bu məbləğə əsas borc və faizlər daxildir. Bu daxilolmalar qrafiklə müəyyən edilmiş yeni sazişə əsasən nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti