...

Dekabrın sonlarına kimi 2006-cı il üçün TACIS-in fəaliyyət proqramının layihəsi hazır olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2005 16:46 (UTC +04:00)

Azərbaycan hökuməti 2006-cı il maliyyə ili üçün Tacis -in fəaliyyət planının layihəsi üzərində işləri davam etdirir. Avropa Birliyi Texniki Yardım Proqramının (Tacis) Azərbaycan üzrə Əlaqələndirmə Bürosunun icraçı direktoru Əsgər Ələkbərovun Trend ə verdiyi məlumata görə, dekabrın sonlarına kimi planın ilkin variantı hazırlanacaq və baxılmaq üçün Avropa Komissiyasına təqdim ediləcək.

"Rekord büdcəyə malik (22 mln avro) fəaliyyət planı layihələrin məhdud sayından yüksək büdcəli layihələrə keçid arzusu ilə əlaqədar nəzərdə tutulub. Əlbəttə, plana yerli benefisarlar üçün də tvinninq-proqramlar daxil ediləcək ", - deyə Ə.Ələkbərov bildirib.

Plan layihəsinin Avropa Komissiyasının EuroAID direktorluğu və hökumətlə razılaşdırılmasına oktyabrın əvvəllərində başlanılıb. "Avropa Komissiyası tərəfindən planın təsdiqlənməsi 2006-cı ilin iyununda gözlənilir ", - deyə Ə.Ələkbərov qeyd edib.

Əsasında planın hazırlandığı Tacis-in Azərbaycan üçün 2004-2006-cı illər üzrə indikativ proqramının büdcəsi 30 mln-dan 37 mln avroya qədər artırılıb. 1992-ci ildən Avropa Birliyi Azərbaycana 400 mln avro, eləcə də Tacis proqramı üzrə 100 mln avro ayırıb. Anonslaşdırılmış planların reallaşdırılması zamanı 2006-cı il üzrə büdcə fəaliyyət planı rekord səviyyədə olacaq.

Xəbər lenti

Xəbər lenti