...

Naxçıvan MR-də qızıl yatağında kəşfiyyat aparılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2005 19:37 (UTC +04:00)

RI Investment Services Grour LLC Naxçıvan Muxtar Respublikasının (NMR) Ordubad rayonunun Piyazbaşı qızıl yatağında fəal iş aparır. Trend bildirir ki, AR ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun sözlərinə görə, burada bütün zəruri avadanlıq toplanıb və şirkət ehtiyat olan yerlərin müəyyən edilməsi üçün kəşfiyyat işləri aparır. İşlər Azərbaycan tərəfi ilə sıx əlaqədə həyata keçirilir.

Nazir bildirib ki, işə 280-dən çox yerli işçi cəlb edilib. "Mühəndislərin 98%-ni Azərbaycan mütəxəssisləri təşkil edir.Yaxın perspektivdə bu rəqəmin bir neçə dəfə artırılması nəzərdə tutulur" -deyə H. Bağırov bildirib.

Ordubad rayonu, Piyazbaşı, Şəkərdərədəki qızıl yataqlarında yeni qızıl mədənlərinin yaradılması planlaşdırılır.Mədənlərin layihə gücü Piyazbaşı və Şəkərdərədə ildə 250 min unsi təşkil edəcək. Müəssisələrdə işə xüsusi kursları keçdikdən sonra, əsas etibarilə yerli mütəxəssislər, geoloqlar, mühəndislər cəlb ediləcək. Ümumilikdə işə 500-700 nəfər qəbul ediləcək. İşin ilkin mərhələsində mədənlərin yaradılması üçün ilk investisiyalar $50 mln. həcmində nəzərdə tutulur. İstehsalın istismara verilməsi üçün ilkin hesablamalara görə, təxminən $600 mln. tələb olunur.

2007-ci ilin üçüncü rübündə Azərbaycanda yeni qızıl mədənlərinin istismara verilməsi planlaşdırılır.

1997-ci il 21 avqustda "Azərqızıl" dövlət konserni (ləğv edilib, funksiyaları isə İİN-ə verilib) və R.I. Investment Group Services LLS (51% - Azərbaycan tərəfi, 49% - Amerika tərəfi) arasında imzalanmış müqaviləyə əsasən, ilkin ehtiyatlar 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln.ton mis olmaqla Azərbaycanın 9 qızıl yatağının işlənib-hazırlanması nəzərdə tutulur. Amma Zəngilan və Kəlbəcər rayonlarında olan 3 yataq ("Qızılbulaq","Söyüdlü", "Vəcnəli") Ermənistanın işğalı altındadır.

Xəbər lenti

Xəbər lenti