...

Yüksel Domonik dekabrda Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun çəkilməsi layihəsi üzrə TİƏ-ni təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2005 12:41 (UTC +04:00)

Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun çəkilməsi layihəsinin Türkiyənin Yüksel domonik şirkəti tərəfindən hazırlanan TİƏ-si dekabrın sonunda AR nəqliyat nazirliyinə təqdim ediləcək. Bu barədə Trend ə AR nəqliyyat nazirlyiində bildirilib.

Bundan sonra Azərbaycan və Türkiyənin nəqliyyat nazirləri, eləcə də Gürcüstanın iqtisadi inkişaf naziri 2006-cı ilin əvvəlində Türkiyədə Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun çəkilməsi layihəsi çərçivəsində qəti qərar qəbul etmək üçün görüşəcək.

Yolun uzunluğu 98 km. təşkil edir, bunun 68 km-i Türkiyə, 30 km isə Gürcüstanın payına düşür. İlkin hesablamalara görə, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun çəkilməsi layihəsinin gerçəkləşdirilməsinə $360-400 mln. o cümlədən Qarsdan Axalkalakiyədək $250 mln., Axalkalakidən Tbilisiyədək $150 mln. tələb olunur.

Türkiyənin ərazisində Gürcüstan sərhədinədək dəmir yolunun Avropa standartlarına uyğun inşası nəzərdə tutulur. Vaqonların dəmir yolunun MDB standartlarına müvafiq çəkilmiş Gürcüstan ərazisinə keçməsi üçün çarxlarının dəyişdirilməsi tələb olunur.

Xəbər lenti

Xəbər lenti