...

Ukrayna HP nümayəndə heyətinin Azərbaycana səfəri fevraladək təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2005 13:31 (UTC +04:00)

Ukrayna Hesablama Palatasının (HP) sədri Valentin Simonenkonun başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana dekabra planlaşdırılmış səfəri 2006-cı ilədək təxirə salınıb. AR HP-də Trend ə bildirilib ki, səfər Ukrayna HP mütəxəssislərinin həmin ölkənin dövlət büdcəsi ilə bağlı qərara hazırlıq işləri ilə məşğul olmaları səbəbindən təxirə salınıb.

"Səfərin yeni tarixi 2006-cı il fevralın sonuna təklif edilib.Biz səfər çərçivəsində imzalanacaq əməkdaşlığa dair sazişin müzakirəsinə artıq başlamışıq. Saziş layihəsi artıq Ukrayna tərəfinə təqdim edilib" -deyə palatada qeyd olunub.

Ukrayna HP hələlik əməkdaşlığa dair sazişi Rusiya, Bolqarıstan və Litvanın analoji orqanları ilə imzalayıb.

Xəbər lenti

Xəbər lenti