...

Dünya bankı ilə gələcək əməkdaşlıq məsələləri bankın Cənubi Qafqaz üzrə regional direktorunun Bakıya səfəri zamanı müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2005 14:54 (UTC +04:00)

Dekabrın 5-dən Dünya bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Donna Douset-Koyrolonun Bakıya səfəri başlayır. Bu barədə Trend ə bankın Bakı nümayəndəliyindən məlumat verilib. Bankın Bakı ofisinin rəhbərinin olmaması ilə əlaqədar o, respublikada olduğu 2 həftə ərzində nümayəndəliyə rəhbərlik edəcək. Xatırladaq ki, bankın qərargah mənzilində yeni rəhbərin seçilməsi prosesi gedir. DB-nin əvvəlki rəhbəri Əhməd Cahani səlahiyyət müddəti bitdiyindən ölkəni tərk edib.

O, hökumətdə gələcək əməkdaşlıq məsələləri ilə bağlı görüşlər keçirəcək, həmçinin, yeni strategiyanın hazırlanması üzrə işləri davam etdirəcək. "Düşünürəm ki, biz fevral ayında tərəfdaşlıq strategiyasını bankın Direktorlar Şurasının müzakirəsinə verəcəyik. Adətən, bu proses 8 ay çəkir. Hökumətlə ilkin müzakirələr isə iyunda başlayıb", - deyə o bildirib. Bu, strategiyanın fevralda təsdiqlənməsinin mümkünlüyü barədə düşünməyə əsas verir.

D.Koyrolo tərəfdaşlıq strategiyasının ümumi dəyərinin 1,2 mlrd dollar olacağını istisna etməyib. Bu məbləğin böyük hissəsi BYİB xətti ilə, yoxsulluğun azaldılmasına kredit isə güzəştli şərtlərlə ayrılacaq. Sosial layihələrə, həmçinin, hüquq-mühafizə sistemində islahatlara, mühasibat uçotu standartlarının təkmilləşdirilməsi və su təchizatı sisteminin yaxşılaşdırılmasına kreditin Beynəlxalq İnkişaf Assosiasiyasının vəsaiti hesabına ayrılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti