...

Dövlət Qısamüddətli İstiqrazlarının likvidliyi çoxalır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2005 15:05 (UTC +04:00)

İlin sonuna kimi Azərbaycanın Maliyyə Nazirliyi Qimytəli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş 650 milyard manat həcmində dövlət qısamüddətli istiqrazlarının emissiyalarının prospektini tam yerləşdirməyi planlaşdırır. Bu barədə Trend ə Maliyyə Nazirliyindən məlumat verilib. Bu gün həmin məbləğdən 545 mlrd manatı yerləşdirilib.

Qiymətli kağızların dövriyyəsi həcminin artırılması inflyasiyanın artım sürətinin qarşısının alınmasının əsas vasitəsidir. Bununla əlaqədar, gələn ildə DQİ bazarı 800-900 mlrd manata qədər genişləndiriləcək. Bundan əlavə, beynəlxalq maliyyə institutları da (eləcə də BVF) hökumətə dövlət qiymətli kağızlar bazarının inkişaf etdirməyi tövsiyyə edib. Bu gün bu bazara olan maraq artıb.

Xəbər lenti

Xəbər lenti