...

Azərbaycan kardofçuluq üzrə beynəlxalq konfransda iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2005 14:17 (UTC +04:00)

Azərbaycan mütəxəssisləri kartofçuluq üzrə beynəlxalq konfransda iştirak edəcək. Kənd Təsərrüfatı Nazirliyinin elmi-aqrar mərkəzindən Trend ə verilən məlumata görə, tədbir Dehlidə keçirilir.

Kartofun virussuz toxumçuluğu üzrə tədbirin təşkilatçısı mənzil-qərragahı Peruda yerləşən Beynəlxalq Kartofçuluq Mərkəzidir. Tədbirdə Azərbaycan tərəfini Azərbaycan Elmlər Akademiyasının Tərəvəzçilik İnstitutunun mütəxəssisləri təmsil edəcəklər.

Konfransın gedişində Azərbaycan tərəfi kofnrans iştirakçılarını ölkədə kartofçuluq sahədə aparılan tədqiqatlar, uğurlar barədə məlumatlandıracaq və qarşıdakı illərdə bu sahəni genişləndirilməsi perspektivlərindən bəhs edəcəklər.

Konfrnasda müzakirə olunacaq əsas məsələlər virusların yayılmasının qarşısını almaqla kartof istehsalını artırmaq, bu sahədə yeni texnologiyanın tətbiqi, eləcə də bu istiqamətdə müxtəlif ölkələrlə əməkdaşlığını genişləndirilməsi və təcrübə mübadiləsidir.

Bir çox mütəxəssislərin fikrincə, virussuz kartofçuluğun metodu sağlamlaşdırıcı əkin materialından istifadə etməklə məhsuldarlığı 25-60% artırmaqdır.

Xəbər lenti

Xəbər lenti