...

Moskvada BMK-nın Azərbaycanda ipoteka kreditləşdirilməsinə aid siyasəti müəyyən edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2005 15:46 (UTC +04:00)

Beynəlxalq maliyyə korporasiyası (BMK) 2005-ci ilin sonunadək Azərbaycanda ipoteka kreditləşdirilməsi ilə bağlı olaraq bazarın təhlilini başa çatdırmağı planlaşdırır. Maliyyə korporasiyasnın Azərbaycanda ipoteka kreditləşdirilməsinin inkişafında iştirakına aid siyasəti BMK ekspertlərinin Almata, Moskva və Kiyevdə keçiriləcək görüşlərdən sonra müəyyən ediləcək. Layihənin gerçəkləşdirilməsi qrupunda Trend ə bildirilib ki, hazırda ilk görüş Moskvada keçirilir və orada Azərbaycan layihəsinin nümayəndələri də iştirak edir.

BMK-nın ipoteka layihəsi Azərbaycanı və Türkmənistandan başqa, bütün Orta Asiya ölkələrini əhatə edir. Yəni bir layihə çərçivəsində bir neçə ölkəyə texniki yardım göstəriləcək.

Hazırda aparılan təhlil əsasında istiqamətlər müəyyən edilib və layihənin gələn ildən başlayacaq ikinci fazası üçün konkret tapşırıqlar qoyulub. Hazırkı işin mahiyyəti ondan ibarətdir ki, ipoteka ilə bağlı olaraq daxili bazar tamamilə öyrənilsin. Belə ki, ipoteka kreditləşdirilməsi iqtisadiyyatda ümumi vəziyyətə, əhalinin ipoteka barədə məlumatlandırılması, əhali bundan hansı mənfəəti əldə edəcək və s. kimi məsələlərə təsir edir.Bundan başqa, ipoteka bazarının bank sistemi, qeyri-bank təşkilatları (xüsusilə bu istiqamətdə Shore Overcies cəlb edilib) kimi oyunçuları ilə görüşlər keçiriləcək.

Oyunçulara vəzifələrinə kreditlər üzrə risklərin sığortalanmasını əhatə edən sığorta təşkilatları da daxildir.İpoteka bazarında pensiya fondları da az əhəmiyyətli rol oynaya bilər.Bu fondların ən satıla bilən aktivləri vardır və bunlar öz vəsaitlərini banklarda uzun müddətə kreditə verilmək üçün yerləşdirə bilər.

Həmin bazarın oyunçuları tikinti şirtkətləri də ola bilər . Bu gün respublikada 100-dən çox belə şirkət vardır.

Texniki yardım üzrə işlər başa çatdıqdan sonra ipoteka kreditləşdirilməsi üzrə Dövlət proqramının gerçəkləşdirilməsinə dəstək üçün investisiya qoyuluşunu nəzərdə tutan yeni layihənin həyata keçirilməsinə başlanılacaq. BMK-nın xarakterik xüsusiyyəti özəl sektorda, xüsusilə bazar tariflərinə müvafiq olaraq nizamnamə kapitalında investisiya qoyulması ilə bağlıdır.Korporasiya hökumətin zəmanətini qəbul etmir və digər sərmayəçilərlə bərabər olaraq risk daşımır. Buna görə də korporasiya yalnız ipoteka bazarının bütün oyunçuları hazır olduqdan sonra investisiya həyata keçirməyə başlaya bilər.BMK nümayəndələri hesab edir ki, bu, real olaraq 2007-08-ci illərdə başlanıla bilər.

Xəbər lenti

Xəbər lenti