...

Azərbaycanın auditorları vergi auditinin yeni proqramını müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2005 18:15 (UTC +04:00)

Auditorlar Palatasında vergi auditinin keçirilməsinə dair yeni proqram müzakirə ediləcək. Palatada Trend ə bildirilib ki, müzakirə strukturun auditorlarının dekabrın 9-da keçiriləcək iclasında aparılacaq. Palatada bildirilib ki, həmin sənədin son hazırlanmasının ilin sonunadək başa çatdırılması planlaşdırılır. "Proqram rəy üçün vergilər nazirliyinə təqdim ediləcək" -deyə Palatada bildirilib.

Yeni proqram ölkənin mövcud Vergi Məcəlləsi əsasında auditor fəaliyyətinin aparılması qaydaları və şərtlərini əhatə edir. Sənədin hazırlanması üzrə işlərin ilin sonunadək başa çatdırılması və auditorların müzakirəsinə verilməsi planlaşdırılır.

Adıçəkilən işlər çərçivəsində Palatanın əməkdaşların üçün müvafiq seminar keçirilməsi gözlənilir.

Eyni zamanda struktur auditor fəaliyyəti, xüsusilə Dünya bankının (DB) texniki yardımı hesabına üzərində iş aparılan "Auditor xidmətləri haqqında" və "Daxili audit haqqında" qanunlar sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair iş aparır.DB-nin mühasibat sisteminin və auditin inkişafına ayırdığı qrant $340 min təşkil edir.Bu işlərin 2006-cı ildə başa çatdırılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti