...

AİB-in dövlət maliyyə və ticarət şöbəsinin direktoru Azərbaycana səfər edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2005 13:22 (UTC +04:00)

Asiya inkişaf bankının (AİB) dövlət maliyyə və ticarət şöbəsinin (goverment finance and trade division) direktoru Noy Səkhacanın (Noy Syackhachanh) başçılığı ilə missiyası bu gün Bakıda məsləhətləşmələrə başlayıb.AİB-in Bakı nümayəndəliyində Trend ə bildirilib ki, səfər dekabrın 9-dək davam edəcək.

Azərbaycan hökumətində bildirilib ki, səfər çərçivəsində hökumət AİB-in "Kənd və mikromaliyyələşdirmənin inkişafı" kredit layihəsinə hazırlıq proqramının korreksiyası məsələsinin də həll edilməsini planlaşdırır.

"Bu həftə bankın missiyası ilə məsləhətləşmələr aparılacaq və bizim də gözlədiyimiz kimi, proqram Azərbaycan tərəfinin istəyinə əsasən təshih ediləcək" -deyə hökumətdə bildirilib. Azərbaycan hökuməti AİB-in ayırdığı bütün krediti ($25 mln.) kənd sakinlərinin mikromaliyyələşdirilməsi komponentinə, məsləhətləşmə komponentinin azaldılmasına ($2,5 mln.) və institusional xərclərə yönəltməyi təklif edir. AİB öz vəsaitlərinin mikromaliyyələşdirmə və bankın regional strukturlarının açılmasının tənzimlənməsi üçün yarıbayarı bölünməsini təklif edir.

Hələlik layihənin ümumi dəyəri $30 mln.olaraq qiymətləndirilir. AİB 2006-cı ildə krediti təsdiq etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti