...

Akia DB-nin icraçı kredit agentliyin müsbət dinamikasını saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2005 13:48 (UTC +04:00)

Azərbaycanın kredit ittifaqları Assosiasiyası (AKIA) "İcraçı kredit agentliyi" (İKA) qeyri-bank kredit təşkilatını əldə edərək "Azərbaycanın kənd təsərrüfatının kreditləşdirilməsi və inkişafı" uyğunlaşdırılmış kreditləşdirmə proqramının (UKP-1) kredit komponentinin mənimsənilməsində onun müsbət dinamikasını saxlayıb. K/t nazirliyinin kreditləşdirmə üzrə Agentliyində Trend ə bildirilib ki, İKA artıq kredit alanların 977 qrupuna 54,867 mlrd. manat, 30 kredit ittifaqına isə 16,808 mlrd. manat verib.

"AKIA avqustdan İKA-da iştirak payı əldə edib və onun uğurları Türkiyənin G & G alyansı da başda olmaqla UKP-1 kredit komponenti podratçısı tərəfindən yaradılmış infrastrukturun səmərəliliyi ilə bağlıdır. Assosiasiya İKA-ya xüsusi kapitalın tətbiqini hələlik planlaşdırmır" -deyə kreditləşdirmə üzrə Agentlikdə bildirilib.

Noyabrın əvvəlinə UKP-1 kredit komponentindən İKA kredit alanların 905 qrupuna (17,8 min benefisiar) 44,7 mlrd. manat və 27 kredit ittifaqına 10,5 mlrd. manat verib. Kreditlər üzrə qaytarma 95% təşkil edib.

UKP-1 1999-cu il 8 iyunda 4 ilə $33,65 mln. həcmində Dünya bankı icraçı direktorlar Şurası tərəfindən təsdiq edilib.Bundan $30 mln. bank Beynəlxalq inkişaf Assosiasiyasının şərtləri ilə, $1,3 mln. Azərbaycan hökuməti və $2,35 mln. G & G tərəfindən təqdim edilib. Proqram 2010-cu ilədək bank tərəfindən maliyyələşdirmənin 10 ildə $100 mln.-dək artırılması imkanı ilə fəaliyyət göstərəcək. UKP-1 üzrə kredit sazişi 4 oktyabrda imzalanıb, proqramın gerçəkləşdirilməsinə isə 21 dekabr 1999-cu ildə başlanılıb. UKP-1 30 iyun 2006-cı ilədək uzadılıb.

Xəbər lenti

Xəbər lenti