...

Unibank İslam İnkişaf Korporasiyasından 2-ci tranşı alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2005 15:00 (UTC +04:00)

UniBank İslam İnkişaf Korporasiyasının (İİK) Özər Sektor kredit xətti ilə 198 min dollar məbləğində 2-ci tranşını alıb. Bu vəsaitin hesabına tikinti materiallarının istehsalı sahəsində layihə reallaşdırılacaq. Bu layihə adı çəkilən kredit xətti çərçivəsində ən iri maliyyələşdirmədir.

Trend in məlumatına görə, dekabrın 6-da UniBank-ın yaydığı press-relizdə bildirilir ki, İİK-nın kredit xətti hesabına 318,5 min dollar məbləğində iki layihə maliyyələşdiriləcək.

"Bu gün UniBank bekynəlxalq maliyyə institutları, o cümlədən İslam İnkişaf Korporasiyasının Öəzl Sektoru tərəfindən ona təqdim edilən kredit xətti vaəsaitlərini fəal istifadə edir. Bu kredit xəttlərinin vəsaitləri öz növbəsində ölkə iqtisadiyyatının inkişafının katalizatoru olan kiçik və orta sahibkarlıq layihələrinin maliyyələşdirilməsinə cəlb edilir. Bununla əlaqədar, Azərbaycan iqtisadiyyatının məhz bu seqmentinin maliyə ehtiyatları ilə təmin olunması çox mühümdür ", - deyə UniBank-ın İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib.

Xatırladaq ki, 2004-cü il noyabrın 8-də UniBank və Özəl Sektorun İslam İnkişaf Korporasiyası bankla kiçik və orta sahibkarlığın maliyyələşməsi üçün 1,7 miln dollarlıq kredit xəttinin ayrılması üçün razılaşma imzalayıb. Kredit xətti 6 illiyə verilir.

Xəbər lenti

Xəbər lenti