...

ALŞA ilə Ticarət və Sənaye Palatası əməkdaşlıq edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2005 17:05 (UTC +04:00)

Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA) ilə Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə ALŞA-dan Trend xəbər agentliyinə məlumat verilib.

Məlumata əsasən, müqavilənin imzalanmasında əsas məqsəd ölkədə lizinq sektorunun inkişafına təkan verə biləcək bir sıra birgə tədbirlər həyata keçirməkdir. Belə ki, bununla əlaqədar olaraq bundan sonra hər iki təşkilatın nümayəndələri arasında məlumat mübadiləsi aparılacaq, qanunvericilik sahəsində əməkdaşlıq ediləcək və s. tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti