...

Gələn ilin əvvəlindən "AtaAkademiya" fəaliyyətə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2005 17:06 (UTC +04:00)

Gələn ilin yanvarından etibarən "AtaHolding" şirkətlər qrupunun tərkibində yeni qurum- "AtaAkademiya" fəaliyyətə başlayacaq. Bu barədə şirkətlər qrupundan Trend xəbər agentliyinə məlumat verilib.

Məlumata əsasən, "AtaAkademiya"nın yaradılmasının əsas məqsədi işçilərin yeni bilik və bacarıqlara olan ehtiyacını təmin etməkdir. "AtaAkademiya" elmi bilikləri təcrübədə tətbiq etmək, nizam-intizamlı işi prinsipə çevirmək və s. bu kimi dəyərləri təbliğ edəcək.

Qeyd edək ki, bir müddət əvvəl şirkətlər qrupunun müşahidə şurasının sədri Ahmet Erentok media nümayəndələrinə müsahibəsində yeni qurumda "AtaHolding"ə daxil olan şirkətlərlə yanaşı, digər müəssisə və təşkilatların sifarişlərinə uyğun kadrlar hazırlanacağını bildirmişdi. O, "AtaAkademiya"da universitet professorları və müəllimlərinin, "AtaHolding"in öz mütəxəssislərinin, həmçinin Türkiyədən dəvət olunacaq treynerlərin treninq keçəcəyini qeyd etmişdir.

Xəbər lenti

Xəbər lenti