...

Azərbaycanın DTT-yə daxil olmasına dair növbəti danışıqlar gələn ilin fevral-martında keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2005 17:39 (UTC +04:00)

Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) daxil olmasına dair növbəti danışıqlar gələn ilin fevral-martında keçiriləcək. Bu barədə Trend ə AR XİN başçısının müavini Mahmud Məmmədquliyev bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə Azərbaycan DTT-nin ölkənin ticarət rejiminə dair suallarını cavablandıracaq və bundan başqa, təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli danışıqlar aparacaq. Nazir müavini bildirib ki, Azərbaycan artıq ABŞ, Kanada və AB ilə ikitərəfli danışıqlara başlayıb. Gələcəkdə DTT-yə üzv olan digər ölkələrlə danışıqlar aparılacaq. DTT tərəfindən Azərbaycanın qarşısına qoyulmuş şərtlər arasında M.Məmmədquliyev ticarətin liberallaşdırılması və bir sıra maneələrin aradan qaldırılması məsələlərinin olduğunu qeyd edib. Diplomat hesab edir ki, ticarətin liberallaşdırılması DTT-nin icrası çətin olan şərtlərindən biridir. Nazir müavini qeyd edib ki, ticarətin tamamilə liberallaşdırılması diskriminasiyanın ləğvinə gətirib çıxara bilər. O, əlavə edib ki, bu məsələlərə diqqətlə baxılmalıdır.

Xəbər lenti

Xəbər lenti