...

Bank Standard-ın səhmdarları gələn il bankın Nizamnamə kapitalını 50% artıracaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2005 19:01 (UTC +04:00)
Bank Standard-ın səhmdarları gələn il bankın Nizamnamə kapitalını 50% artıracaqlar

2006 -cı il ərzində Bank Standard öz Nizamnamə kapitalını 50% artırmağı planlaşdırır. Trend in məlumatına görə, bu barədə dekabrın 6-da bankın İdarəetmə Şurasının sədrinin müavini Cavid Quliyev mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu həcm 75 mlrd manata qədər artırılacaq.

Bu gün bankın ümumi kapitalı 87 mlrd manat təşkil edir ki, bu həcmdən 50 mlrd manatı ödənilib, yerdə qalan kapital keçmiş və cari gəlirlər şəklində formalaşıb.

Hazırda Bank Standard yeni bank qanunvericiliyinin tələblərinə uyğun olaraq mülkiyyətin qapalı səhmdar cəmiyyətidən açıq formasına çevrilməsi məsələsi üzrəində fəal iş aparır. Sədr müavinin sözlərinə görə, konkret qərar gələn ilin əvvəlində qəbul ediləcək. Bu da Bankın Nizamnaməsində dəyişiklərə səbəb olacaq və buna görə də hüquqşünaslarla müzakirələr aparılır. Bank statusunda dəyişikliklər etsə də, bu gün ölkənin bank bazarında tendensiya hılını almış səhmdarlarının tərkibini dəyişmək barədə düşünmür. Yaxın perspektivdə bankın səhmdarı yeni səhmdarların, o cümlədən, xarici səhmdarların cəlb edilməsini fikirləşmir.

Xəbər lenti

Xəbər lenti