...

Bank Standard xəzinə hesablarından xidmət edilməsi təcrübəsinin davam etdirməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2005 19:33 (UTC +04:00)

Azərbaycanın Baş Dövlət Xəzinəsi ölkənin maliyyə orqanlarına tranzit xəzinə hesablarından xidmət göstərilməsi üçün kommersiya banklarının seçilməsi üzrə növbəti müsabiqə keçirməyi planlaşdırır. Trend in məlumatına görə, Bank Standard -ın rəhbərliyi ümid edir ki, Lənkəran rayonunda xəzinə hesablarından xidmət göstərilməsilə bağlı əldə olunan təcrübə daha iri regionlar və ya Bakının inzibati rayonlarının xidmət göstərmək üçün bank seçimi üzrə müsabiqədə iştirak etməsinə imkan verir. Bank Standard-ın İdarə heyəti sədrinin müavini Cavid Quliyev belə hesab edir.

"Bu layihə bizdə çox uğurla aparılır və biz mütəmadi olaraq həm Maliyyə Nazirliyi, həm də Lənkərandakı xəzinənin yerli orqanları ilə əlaqə saxlayırıq. İşin nəticələrindən həm bankın, həm də xəzinənin rəhbərliyi razıdır", - deyə C.Quliyev bildirib.

Xəbər lenti

Xəbər lenti